Konqoda təyyarə qəzası baş verib: təxminən 30 ölü
01 Dekabr 2012 Şənbə 16:04
Yük təyyarəsi yaşayış məntəqəsinə düşüb, tikililəri dağıdıb
Konqo paytaxtındakı hava limanında təyyarə qəzaya uğrayıb. ANS PRESS-in “Frans Press”ə istinadən verdiyi məlumata görə, hadisəyə pis hava şəraiti səbəb olub. Qəza nəticəsində təxminən 30 nəfər ölüb.

İlkin məlumatlara görə, avtomobil və digər mallar daşıyan təyyarə güclü külək üzündən Brazzavilya hava limanına eniş edə bilməyib və yaxınlıqdakı yaşayış məntəqəsində düşüb. Bir neçə tikili dağılıb.

Xilasedicilər məlumatına görə, təyyarə düşdükdən sonra yanğın da olub və təxminən 30 adam ölüb. Hazırda tələfat sayı dəqiqləşdirilir. Yaxınlıqdakı xəstəxanalara çoxlu sayda yaralı aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar