Konqoda 200 qadın və uşaq kütləvi zorlamaya məruz qalıb
24 Avqust 2010 Çərşənbə Axşamı 01:20
Hadisə BMT sülhməramlılarının yerləşdiyi hərbi bazaya bir neçə mil məsafədə baş verib.
Konqonun şərqində BMT sülhməramlılarının hərbi bazasına yaxın bir ərazidə ruandalı və konqolu yaraqlılar təxminən 200 qadını və bir qrup oğlan uşağını 4 gün saxlayaraq onları zorlayıblar. Beynəlxalq Tibb Korpusunun (İMC) rəsmisi Uill F. Kraqin Luvunqi qəsəbəsinin yaraqlılar tərəfindən 30 iyulda işğal edildiyini, sülhməramlıların da bu tarixdən işğaldan xəbərdar olduğunu bildirib.

Kraqin “AP” agentliyinə verdiyi məlumatda BMT bazasına sadəcə 10 mil məsafədə olan bu qəsəbəyə yaraqlıların çox rahatlıqla girdiklərini, heç bir hərbi müdaxilə və müqavimətlə qüarşılaşmadıqlarını deyib. O həmçinin 400-ə yaxın olan yaraqlıların işaldan bəri qəsəbəni qarət etdiklərini, qadınları və oğlan uşaqlarını zorladıqlarını bildirib.

Bir çox qadının uşaqlarının və ərinin gözünün qarşısında bir neçə nəfər tərəfindən zorlandığını deyən IMC rəsmisi yerli səhiyyə işçilərinin indiyə qədər zorlamaya məruz qalmış 179 qadını, habelə 4 oğaln uşağını müalicə etdiyini bildirib.

İşğaldan bir neçə həftə keçsə də BMT baş vermiş vəhşiliklər barədə heç bir açıqlama verməyib və araşdırmaların davam etdiyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar