Amerikalı ana qızına və onun dostuna konfet kağızı ilə “Son zəng” geyimi hazırlayıb.
Amerikada yaşayan Tara Frey yayda “Son zəng”ə nə geyəcəyi barədə əsla düşünmür. Çünki anası Kerrin artıq 6 ildir ki, qızına qeyri-adi, hətta ekzotik don hazırlayır. O, altı il ərzində konfet kağızlarını toplayaraq onlardan qızına don toxuyub. Don hələ tam başa çatmasa da, demək olar ki, hazır vəziyyətdədir. Kerrin qızı üçün donla yanaşı, Taranın sevgilisi üçün jilet də hazırlayıb. ANSPRESS