Kommunistlər kilsədə Stalinə dua etdi
06 Mart 2013 Çərşənbə 07:11
Kommunistlər baş nazir İvanişvilinin uçurulmuş Stalin heykəlinin bərpa olunmasına sərəncam verəcəyinə ümid edir.
Gürcüstanda kommunistlər Qori şəhərində Sovet diktatour İosif Stalinin ölümünün 60 illiyini qeyd edib. Stalinin əvvəllər yaşadığı - indi isə muzeyə çevrilmiş evinə gül çələngləri qoyan nümayişçilər daha sonra şəhər kilsəsinə toplaşaraq şamlar yandırıb və sovet lideri üçün dua ediblər. Ölkə prezidenti Mixayil Saakaşvili hakimiyyəti dövründə sovet rejiminə aid rəmzləri cəmiyyətdən kənarlaşdırmağa çalışsa da, ekspertlər prezidentin bunun öhdəsindən gələ bilmədiyini iddia edir.
“O bir xilaskar olaraq peyda olub və dünyanın böyük hissəsini yer üzündən silinmək təhlükəsindən qurtarıb. Hamıya məlumdur ki, Hitler bir millətdən başqa bütün millət və xalqları assimilasiya etmək niyətində idi. Bu ancaq böyük gürcü oğlu İosif Stalinin sayəsində baş tutmadı” – deyə Kommunist partiyası üzvü Aliko Nursmanoşvili bildirib.
Qoridə Stalinin xatirə günün təşkil etmiş kommunistlər parlament seçkilərində qərb yönümlü Saakaşvilinin partiyasına qalib gəlmiş baş nazir İvanişvilinin qurduğu hökümətin Saakaşvilinin göstərişi ilə uçurulmuş Stalin heykəlinin bərpa olunmasına sərəncam verəcəyinə ümid edir.
Qeyd edək ki, gürcü əsilli sovet lideri İosif Stalın SSRİ-yə 1924-cü ildən 1953-cü ilə kimi başçılıq edib.
DOSTLARINLA PAYLAŞ: