Kommunist Partiyası 7 minden çox şikayet verib
08 Sentyabr 2013 Bazar 22:38
Rusiya Kommunist partiyası, seçkiler zamanı qanun pozuntularına yol verildiyini iddia edir.
Rusiya Federasiyası Kommunist Partiyasının rəhbərliyi, ölkədə seçkilər zamanı inzibati resursdan kütləvi şəkildə istifadə olunduğunu iddia edir.

ANS PRESS-in Ria-Novosti-yə istinadən verdiyi xəbərə görə, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Serqey Obuxov jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, aşkar edilmiş qanun pozuntularına görə bu günə qədər müxtəlif instansiyalara 7 mindən çox şikayət verilib.

“Biz görürük ki, “Vahid Rusiya” Partiyası verilən şikayətlərin heç birini oxumur” - deyən birinci katibin fikrincə, hakimiyyət partiyası bu gün də inzibati resurslardan və texnologiyanın manipulyativlərindən geniş istifadə edir.

Kommunistlərin məlumatına görə, bülletenlərin qanunsuz açılması, RF KP-dan olan namizədlərin həbsləri kimi ən ağır faktlar daha çox İvanovski, Ulyanov şəhərlərində, Başqırdıstanda, İrkutsk ərazisində və Yakutiyada aşkar edilib.

KP-nın hüquq şöbəsinin müdiri Vadim Solovyov da, bu günə qədər 7 mindən şox şikayət məktubunun MSK-ya, ərazi seçki komissiyalarına, məhkəmələrə, prokurorluğa və başqa instansiyalara təqdim olunduğunu deyib. Onun sözlərinə görə, bu məktublar hüquqşünasların, namizədlərin və partiya müşahidəçilərinin iştirakı ilə verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar