Rusiyanın Kamçatka diyarına daxil olan Komandor adasında zəlzələ baş verib. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkanların gücü Rixter şkalası üzrə 5,2 bal olub.
Zəlzələnin episentri Berinq adasından 270 kilometr qərbdə dənizin 33 kilometr dərinliyində qeydə alınıb. Komandor adalarındakı yeganə yaşayış məntəqəsi olan Nikolskoye kəndinin sakinləri yeraltı təkanları hiss etməyiblər. Xəsarət alan və dağıntı yoxdur. Zəlzələ ilə bağlı sunami təhlükəsi elan edilməyib. /ANS PRESS/