Komandalarının qələbəsini bayram edənlər faciə ilə üzləşdilər: 100-dən çox yaralı
29 Aprel 2012 Bazar 05:15
ABŞ-ın Sent-Luis şəhərində talvar adamların üstünə düşüb.
ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində talvarın uçması nəticəsində 1 nəfər ölüb, 100-dən çox adam yaralanıb. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, “Kilroy's” barının yaxınlığında quraşdırılmış talvar şiddətli külək nəticəsində uçub. Hadisə vaxtı talvarın altında “Sent-Luis Kardinals” beysbol komandasının “Miluoki Brüers” klubu üzərində qələbəsini bayram edən onlarla adam olub. Qarşılaşma “Kilroy's” barının yaxınlığındakı “Busch Stadium” idman arenasında keçirilib.
DOSTLARINLA PAYLAŞ: