Kolxoz sədri qətlə yetirildi
04 Oktyabr 2010 Bazar Ertəsi 15:45
Futbol kulubunun azarkeşlərini daşıyan avtobus isə atəşə tutuldu.
Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər hərbi nəzarət postunu atəşə tutub. Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, insident nəticəsində xidməti borcunu yerinə yetirən 5 milis əməkdaşından xəsarət alan olmayıb.

Mahaçqala-Həştərxan yolunda isə içərisində “Spartak” futbol klubunun azarkeşləri olan avtobus atəşə tutulub. Xoşbəxtlikdən burada da xəsarət alan olmayıb. Hadisəni 25 yaşlı silahlının törətdiyi bildirilir.
Faktla bağlı təhqiqat aparılır.

Dağıstanın Kızılyurt rayonunda Nijniy Çiryurt kəndinin inzibati qurum başçısı və yerli kolxoz rəhbəri qətlə yetirilib. Hər iki şəxs aldıqları güllə yarasından hadisə yerində keçinib.

Cinayətkarların müəyyənləşdirilməsi üzrə araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar