Kolumbiya Rusiyanı ittiham edir
06 Noyabr 2013 Çərşənbə 08:54
Kolumbiya prezidenti Juan Manuel Santos Rusiyadan izahat istəyib.
Kolumbiya prezidenti Juan Manuel Santos Rusiyadan izahat istəyib. ANS PRESS xarici mətbuata istinadla xəbər verir ki, Kolumbiya hökuməti ölkənin hava sərhədlərini pozan Rusiya bombardmançılarına görə, rəsmi Moskvanı ittiham edib.
Qeyd edək ki, noyabrın 1-də Rusiyaya məxsus 2 təyyarə Venesueladan Nikaraqua uçan zaman Kolumbiya hava məkanından keçib.
DOSTLARINLA PAYLAŞ: