Kolumbiya prezidenti Xuan Manuel Santos yenidən xəstəxanaya düşdü
29 Dekabr 2012 Şənbə 02:44
Onun xərçəng əməliyyatından sonra infeksiyaya yoluxduğu bildirilir.
Kolumbiya prezidenti Xuan Manuel Santos infeksiya şübhəsi ilə xəstəxanaya yerləşdirilib. ANS PRESS-in Reuters-ə istinadən verdiyi məlumata görə, onun xəstəxanaya yerləşdirildiyini prezidentin mətbuat xidməti açıqlayıb. Mətbuat xidmətindən jurnalistlərə bildirilib ki, Xuan Manuel Santos hələ səlahiyyətlərinin icrasını davam etdirir və adi iş qrafikinə qayıtmağa hazırlaşır. Xəstəliyin onun həyatı üçün təhlükə yaratmadığı açıqlanıb.

Qeyd edək ki, Xuan Manuel Santos bu ilin oktyabrında prostat vəzində xərçəng şişi ilə əlaqədar əməliyyat olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar