Kolumbiya Fələstinin müstəqilliyini tanımır
01 Aprel 2011 Cümə 01:54
Xuan Manuel Santos: “Biz yəhudi xalqının dostluğu və igidliyini yüksək qiymətləndiririk”
Kolumbiya Fələstin milli muxtariyyətini müsğəqil dövlət kimi tanımayıcaq. Bunu Kolumbiya prezidenti Xuan Manuel Santos Boqotata Ümumdünya Yəhudi Konqresinin nümayəndələri ilə görüşdə bəyan edib. “Biz fələstin dövlətini tanımayacağıq. Çünki bu məsələni prinsipial hesab edirik. Biz yəhudi xalqının dostluğu və igidliyini yüksək qiymətləndiririk”, - deyə Kolumbiya prezidenti bildirib.
Kolumbiya KİV-i bildirir ki, bu, İsrail diplomatlarının əhəmiyyətli uğurudur. Onlar Kolumbiya hakimiyyətini Fələstinin müstəqilliyini birtərəfli qaydada tanıyan digər Latın Amerikası ölkələrinin yolu ilə getməməyə inandıra biliblər. Son vaxtlar Agentina, Çili, Boliviya, Ekvador, Braziliya, Paraqvay, Surinam i Qayana Fələstin milli muxtariyyətini 1967-ci ilə qədərki sərhədlər daxilində müstəqil dövlət kimi tanıyıblar. Bundan başqa, Meksika və Nikaraqua da Fələstinin tanınması ehtimalını nəzərdən keçirirlər.
srail Latın Amerikası ölkələrinin hərəkətlərini pisləyir və onların Fələstini müstəqil ölkə kimi tanımasını Fələstin-İsrail sülh danışıqları üçün əngəl hesab edir. ABŞ isə bəyan edib ki, Fələstinin müstəqilliyinin tanınması vaxtından əvvəl atılmış addımdır.
Qeyd edək ki, Fələstin milli müxtariyyəti 1967-ci il sərhədləri daxilində müstəqil dövlət yaratmağa çalışır və ümid edir ki, İsrail 1967-ci il müharibəsindən sonra işğal etdiyi Fələstin torpaqlarını - İordan çayının qərb sahili, Qəzza bölgəsi və Qərbi Qüdsü azad edəcək. Fələstin müxtariyyəti həmin ərazilərdə Qərbi Qüdsün paytaxt olduğu ərəb dövləti yaratmaq istəyir. Lakin İsrail 1967-ci ildəki sərhəd xətlərinə qayıtmaqdan imtina edir və Qüdslə bağlı məsələnin qaldırılmasını arzulamır. Çünki İsrail dövləti bu şəhəri özünün əbədi və bölünməz paytaxtı elan edib.
Hazırda Fələstin-İsrail sülh danışıqları İsrail tərəfinin işğal edilmiş ərazilərdəki məskunlaşma siyasətindən imtina etməməsi üzündən yerində sayır. Fələstinlilər münaqişənin dinc yolla nizamlanması danışıqlarında iştirakın əsas şərti kimi məskunlaşmanın dayandırılmasını göstərirlər.
DOSTLARINLA PAYLAŞ: