Kolla xalqı koka ağacından koka kolaya rəqib hazırlayıb
16 Aprel 2010 Cümə 06:50
Məhsul rəsmən satışa çıxarılmasa da gün ərzində 12 min şüşə satılır.
Boliviyada koka ağacının yarpaqlarından hazırlanan koka kolla içkisi satış üçün paytaxt La Pasın və Boliviyanın digər şəhərlərinin mağazalarına paylanılıb. Koka-kolla hazırlayan Viktor Ledezmanın sözlərinə görə içkinin rəsmən satışa çıxarılmamasına baxmayaraq gün ərzində la-Pas, Santa-Kruz və Koçabamba şəhərlərində 12 min şüşə satılır.

Qeyd edək ki, kəhrəba rəngində olan sərinləşdirici içki şüşələrdə satılır və yarımlitrlik koka kollanın qiyməti 1,5 dollardır. Ledezma onu da bildirib ki, içkinin adı yerli fermerlər tərəfindən seçilib.belə ki, bu ad koka acağının adından və dağlıq ərazilərdə yaşayan kolla xalqının adlarının birləşməsindən əmələ gəlir. Məhz həmin xalq əsrlərlə koka ağacının yarpağını çeynəyib.

Maraq üçün bildirək ki, koka yarpağı kokainin tərkibindəki əsas inqredientlərdən biridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar