Kökler ölkesi
09 İyul 2013 Çərşənbə Axşamı 23:52
İnkişaf etməkde olan ölkelerde artıq çekiden eziyyet çeken insanların sayı daha çoxdur.
Meksika artıq çəkidən əziyyət çəkənlərin sayına görə əhalinin ən sıx məskunlaşdığı dünya ölkələri arasında ilk pilləni tutur. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı hesabatda deyilir.
Hesabata əsasən, meksikalıların 32,8 faizi artıq çəki problemi ilə üzləşib. Siyahının ikincisi olan ABŞ-da bu rəqəm 31,8 faizdir. Suriya isə 31,6 faiz göstərici ilə üçüncüdür.
Hesabatda qeyd edilir ki, əhalinin ən az məskunlaşdığı inkişaf etməkdə olan ölkələrdə artıq çəkidən əziyyət çəkən insanların sayı daha çoxdur. Belə ki, Nauru dövlətində təqribən 10 min nəfərin yaşamasına baxmayaraq, burada əhalinin 71 faizi piylənmə ilə mübarizə aparır.
DOSTLARINLA PAYLAŞ: