Koalisiya qüvvələri Liviyanı bombalamaqda davam edir
27 Mart 2011 Bazar 10:13
Üsyançılar Qəddafi qoşunlarını Marsa-əl-Breqa və Əcdəbiyyə şəhərlərindən çıxarıb.
Qərb koalisiya qüvvələri Liviyanın hərbi obyektlərini bombalamaqda davam edir. Aviareydlərin əsas hədəflərindən biri Tadjur rayonundakı radar stansiyasıdır. Həmçinin Tripolidən cənubi-qərbdə yerləşən və Liviya silahlı qüvvələrinin bazasının yerləşdiyi Əl-Vatiya rayonu və ölkənin üçüncü ən böyük şəhəri olan Misuratdan 50 kilometr qərbdə yerləşən Aralıq dənizi sahillərindəki Zliten şəhəri də raket zərbələrinə məruz qalır. Şəhərdə Qəddafi qüvvələri ilə üsyançılar arasında şiddətli döyüşlər gedir.

Koalisiya hərbi hava qüvvələri Misuratı artilleriya və minomyot atəşinə məruz qoyan hökumət ordusunun mövqelərini atəşə tutub. Koalisiya qüvvələrinin hücumlarından istifadə edən üsyançılar Qəddafi qoşunlarını bir həftə boyunca əllərində saxladıqları Marsa-əl-Breqa və Əcdəbiyyə şəhərlərindən çıxarıb. Sonuncuda nə içməli su nə də elektrik enerjisi var. Şəhər ətraf-mühitdən uzaqlaşıb. Şəhər əhalisi onlara humanitar yardımın göstərilməsini tələb edir.

Üsyançılar Qəddafi ordusunda döyüşən Afrika ölkələrindən bir neçə muzdlunu əsir götürüb. Onlardan 13-ü xarici jurnalistlər tərəfindən lentə alınıb. Daha sonra həmin şəxslər Beynəlxlaq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar