Knessetdə erməni soyqırımı məsələsinin müzakirəsi təxirə salınıb
02 Dekabr 2011 Cümə 17:09
İsrail parlamentinin spikeri müzakirələrdə iştirak etməkdə israrlıdır.
İsrail Knessetinin spikeri Reuven Rivlin parlamentin təhsil, mədəniyyət və idman komissiyasında “erməni soyqırımı” məsələsinin müzakirələrində iştirak etməkdə israrlıdır. ANS PRESS-in “Armenia Today”a istinadən verdiyi məlumata görə, bu səbəbdən məsələnin müzakirəsinin dekabrın ortalarında keçirilməsi nəzərdə tutulub.

Belə ki, qondarma erməni soyqırımının müzakirəsi məsələsi bu ilin may ayında bu komissiyaya təqdim edilib. Komissiyada bu məsələnin müzakirəsi dekabrın 5-də nəzərdə tutulurdu. Komissiyaya deputat, “Evimiz İsrail” fraksiyasının üzvü Aleks Miller başçılıq edəcək. Ancaq komissiyanın toplantısına 4 gün qalmış məsələnin müzakirəsin 10-11 gün müddətinə təxirə salınması haqda qərar qəbul olunub.

Aleks Miller özü bu addımın atılmasına səbəb kimi Knessetin spikeri Reuven Rivlinin bu müzakirələrdə iştirak etmək istəyini göstərib: “Ancaq dekabrın 5-də o, xaricdə olacaq və bu səbəbdən müzakirələrdə iştirak edə bilməyəcək. Bu səbəbdən Rivlin özü bu qanunun parlamentin müzakirəsinə çıxarılmaqda təşəbbüskar olan deputatlar Qalyon və Eldadodan parlamentin təhsil, mədəniyyət və idman komissiyası iclasının başqa bir tarixdə keçirilməsini xahiş edib”.

Miller əlavə edib ki, istənilən halda bu komissiyanın iclası bu ay baş tutacaq. İclasın dəqiq tarixi isə gələn həftənin əvvəlində dəqiq bilinəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar