Klintondan şok açıqlama
27 Oktyabr 2012 Şənbə 12:11
ABŞ Dövlət Departamentinin rəhbəri vəzifəsindən gedir.
Hillari Klinton vəzifədən gedir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin rəhbəri 6 noyabrda keçiriləcək prezident seçkisindən sonra vəzifəsindən gedəcəyini açıqlayıb.
"Washington Post"a açıqlamasında Klinton postuna növbəti təyinat olana kimi gözləyəcəyini deyib. "Amma bu uzun bir zaman dilimi kimi anlaşılmamalıdır. Mənim planım budur. Ancaq prezident ilə oturub danışmağa fürsət tapmamışam. İndi seçkiyə hazırlaşır".
DOSTLARINLA PAYLAŞ: