Klinton yəhudilərlə ərəbləri barışdırır
01 Noyabr 2009 Bazar 19:15
ABŞ dövlət katibi İsrailə səfərə gəlib
ABŞ dövlət katibi Hillari Klinton İsrailə səfərə gəlib. Klintonun Qüdsdə artıq bir sıra görüşlər keçirdiyi bildirilir. Konkret olaraq o, İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Ehud Barak və xarici işlər naziri Aviqdor Libermanla danışıqlar aparıb.

Klinton keçirdiyi görüşlərdə Fələstin-İsrail münasibətlərinin nizamlanması məsələsinə toxunub.

Qeyd edək, növbəti həftənin əvvəllərində İsrailə ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Corc Mitçell səfər edəcək.
 ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar