Klinton sağalmaq üzrədir
01 Yanvar 2013 Çərşənbə Axşamı 21:09
ABŞ Dövlət katibi bir neçə günə xəstəxanadan buraxılacaq.
Nyu-York xəstəxanasında müalicə alan ABŞ dövlət katibi Hillari Klintonun vəziyyəti yaxşılaşmağa doğru gedir. Bu barədə amerikalı siyasətçini müalicə edən həkim açıqlama verib.

Məlumatda bildirilir ki, bazar günü həyata keçirilmiş tomoqrafiya müayinəsindən sonra, Klintonun başında damar trombu aşkarlanıb. Trombun beyinlə kəllə sümüyü arasında izlənilsə də, bu insult və ya digər nevroloji fəsadlara səbəb olmayıb. Səyihə rəsmiləri, mətbuatı əmin edib ki, Klinton yaxın günlərdə sağalaraq, xəstəxanadan çıxarılacaq.

Qeyd edək ki, dekabr ayında keçirdiyi bağırsaq infeksiyası ilə əlaqədər olaraq Klinton evində anidən huşunu itirərək yıxılmış və kəllə-beyin travması almışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar