Klinton həmsədrlərin gördüyü işlərlə maraqlanır
27 Aprel 2011 Çərşənbə 23:15
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Minsk qrupunun vasitəçiləri ilə görüş keçirəcək
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns bu gün ATƏT-in Minsk qrupu həmsədrləri, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşəcək. ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, görüşdə həmsədrlərin Qarabağ nizamlanmasındakı fəaliyyəti, onların keçirdiyi son görüşlər və perspektivdə nəzərdə tutulan təmaslar müzakirə olunacaq.

Həmsədrlərlə görüş zamanı U.Berns ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində tərəflərə yardım göstərməyə hazır olduğunu bir daha vurğulayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar