Klinton Davudoğluna məlumat verib
13 İyul 2010 Çərşənbə Axşamı 10:05
İki tərəf arasında bir saata yaxın müzakirələr aparılıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonla telefon əlaqəsi yaradaraq, bir saata yaxın müzakirələr aparıb. Bu barədə Türkiyənin “CNN” türk kanalı məlumat yayıb.
Telefon söhbəti zamanı PKK terror qruplaşması ilə birgə mübarizə məsələsi, İranın nüvə proqramı istiqamətində atılacaq addımlar və gözlənilən diplomatik danışıqlar prosesi müzakirə olunub.
İsrailin Qəzzaya yardım aparan gəmiyə hücumunun da danışıqlar predmeti olduğu söhbət zamanı Türkiyə tərəfi bu məsələnin araşdırılması ilə bağlı beynəlxalq komissiyanın yaradılmasının önəmini yenidən gündəmə gətirib.
Müzakirələr zamanı xanım Klintonun Cənubi Qafqaz səfəri barədə türkiyəli həmkarına məlumat verdiyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: