Kliçko Timoşenkonu azadlığa buraxacaq
27 Oktyabr 2013 Bazar 11:48
Seçkilərinə 2 il qalmasına baxmayaraq, dünya şöhrətli boksçu Vitali Kliçko platformasını açıqlayıb.
Ukraynada prezident seçkilərinə hələ 2 il qalmasına baxmayaraq, prezident olmaq istəyən dünya şöhrətli boksçu Vitali Kliçko artıq platformasını açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kliçko bir çox kriteriyalarına görə, Ukraynanı Avropa ölkəsi hesab etmir. “Mən əminəm ki, ancaq Avropa istiqaməti, Avropa seçimi, Avropa standartlarını həyata keçirəndən sonra biz yeni dövlət qura bilərik”.

Kliçkonun fikrincə, hər insan zəmanətli iş yerinə sahib olmalı, hamının sosial zəmanətləri olmalıdır. Kliçko əmindir ki, bu 3 aparıcı kriteriyalardan başqa,qalan şeylərə Ukrayna malikdir.

“Bizim böyük patensialımız var. Bizim meydanımız var, işləmək istəyən çox istedadlı insanlarımız var. Onlara özlərini göstərmək üçün imkan vermək lazımdır. Amma, təəssüf ki, bu gün bizim belə imkanımız yoxdu”,- deyə “Udar” partiyasının lideri bildirib.

O, prezident seçiləcəyi təqdirdə V.Yanukoviçi izləməyəcəyini, Timaşenkonu isə azadlığa buraxacağını vurğulayıb.







DOSTLARINLA PAYLAŞ:

oyunlar