Kleopatranın qəbrinin qapısı tapıldı
24 Dekabr 2009 Cümə Axşamı 22:45
Kleopatranın qəbrinin qapısının çəkisi 15 tondur, hündürlüyü isə 7 metrdir.
Yunan arxeoloqlarının Misirin İskender sahillərində apardığı tədqiqat nəticəsində Kleopatranın ölümündən əvvəl düzəltdirdiyi qəbrin mərmər qapısını tapıb.
Tapılan qapının çəkisi 15 tondur, hündürlüyü isə 7 metrdir.
Tədqiqat aparan Harri Tzalas bunları deyib: "Onu görəndə, anladım ki, bu, xüsusi bir qapıdır. Bu qədər ağır və iki qapılı bir quruluş heç yerə aparıla bilməzdi. Ona görə də bunun bir qəbir parçası olduğunu düşündüm. O, qədim Makedoniyada olan qəbir qapılarına çox bənzəyir. Bağlayanda, sona qədər bağlanır". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: