Kiyevdəki aksiyalar zamanı 645 nəfər xəsarət alıb
23 Fevral 2014 Bazar 11:52
Bu barədə Ukrayna Səhiyyə Nazirliyindən açıqlama veriblər.
Kiyevdə baş verən toqquşmalar zamanı xəsarət alanların sayı 645 nəfərə çatıb. ANS PRESS-in Ukrayna Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən gün sutka ərzində aksiyalar zamanı xəsarət alan 42 nəfər xəstəxanaya müraciət edib.

Onlardan 33 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxana qalıblar. Nazirliyin açıqlamasında münaqişlər zamanı həlak olanların sayının 82 nəfər olduğu bildirlir.

Qeyd edək ki, Ukraynada hökümət əleyhinə genişmiqyası küçə etirazları fevralın 18-dən etibarən daha geniş vüsət alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar