Kiyevdə toqquşmalarda ölənlərin sayı 35-ə çatdı
20 Fevral 2014 Cümə Axşamı 15:21
Ekstremistlər artıq hər hansı razılaşmanın altına imza atmayacaqlarını bildiriblər.
"Ukrayna hakimiyyəti müxalifətlə birgə hökumətin yaradılmasını və konstitusiya islahatının keçirilməsini müzakirə etməyə hazırdır".

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Leonid Kojara açıqlama verib. O bildirib ki, Ukrayna parlamenti "böhran" konstitusiyanın dəyişikliyinə qədər bütün hakimiyyət orqanlarının işini təmin edən qanun layihəsini hazırlamağa hazırlaşır.

Kiyevdə toqquşmalarda ölənlərin sayının artıq 35 nəfərə çatması isə müxalifçiləri özündən çıxarıb. Ekstremistlər artıq hər hansı razılaşmanın altına imza atmayacaqlarını bildiriblər.

Qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidenti Viktor Yanukoviç və müxalifət liderləri Arseniy Yasenyuk, Vitali Kliçko və Oleq Tyaqnibok barışıq və ölkədə vəziyyətin sabitləşməsi üçün danışıqların başlanğıcı haqqında razılaşıblar. Danışıqların bu gün davam edəcəyi gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar