Ukraynanın paytaxtından dəhşətli kadrlar yayılmaqdadır.
Ukraynanın paytaxtı Kiyevdə dəhşətli kadrlar yayılmaqdadır. ANS PRESS-in məlumatına görə, etirazlarda bir snayper aksiya iştirakçılarını atəşə tutduğu aydın görünür. Qalxanları özlərinə sipər edərək irəliləməyə çalışan aksiya iştirakçıları güllə yaraları alaraq bir-bir yerə sərilirlər.
Qeyd edək ki, son məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə toqquşmalar zamanı ölənlərin sayı 77 nəfərə çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurumun açıqlamasına görə, kütləvi toqquşmalar zamanı 577 də nəfər xəsarət alıb, onlardan 369-u xəstəxanaya yerləşdirilib.
Son sutka ərzində 132 nəfər səhiyyə işçilərinə müraciət edib.
video