Kiyevdə prezident aparatı mühasireye alınıb
03 Dekabr 2013 Çərşənbə Axşamı 19:46
Müxalifet isteyir ki, prezident Nazirler Kabinetini istefaya göndersin, vaxtından evvel parlament ve prezident seçkileri teyin etsin.
Minlerle nümayişçi Kiyevin Bank küçesinde yerleşen prezident aparatı binasını mühasireye alıblar. Prezident özü ise Çinde resmi seferdedir.
ANS PRESS “BBC”ye istianden bildirir ki, Ali Rada hökumeti istefaya göndermeyin eleyhine ses verdikden sonra müxalifet liderlerinden biri Arseni Yasenyuk “Avromaydan”ın sehnesinden elan edib ki, artıq o, öz telebini birbaşa prezident Viktor Yanukoviçe ünvanlayır. Müxalifet isteyir ki, prezident Nazirler Kabinetini istefaya göndersin, vaxtından evvel parlament ve prezident seçkileri teyin etsin.
Yasenyukun çıxışından sonra şeherin merkezinde toplaşmış on minlerle nümayişçi prezident administrasiyasına doğru yollanıb ve her terefden binanı mühasireye alıb. Binada ise çox sayda milis var.
DOSTLARINLA PAYLAŞ: