Kiyevde müxalifet geri çekilmek bilmir
30 Noyabr 2013 Şənbə 20:54
Şeherin Mixaylov meydanında 10 mine yaxın adam mitinq edir.
Bu gün axşam saatlarında Kiyevin Mixaylov meydanında 10 mine yaxın adam mitinqe gelib.
ANS PRESS “RİA Novosti”ye istinaden bildirir ki, onlar hazırkı Ukrayna hakimiyyetinin siyasetini tenqid edir ve ölkenin Avropaya inteqrasiyasına terefdar çıxırlar.
Ukraynanın müxalifetçi "Batkivşina" partiyasının lideri Aleksandr Briqinets deyib: “Burada 10 minden çox adam yığışıb. Onlar hakimiyyetin xalq eleyhine emellerine etiraz etmek üçün bura gelibler”.
Ukrayna milisi hele ki, meydana yığışanlar barede fikir bildirmeyib.
DOSTLARINLA PAYLAŞ: