Kiyevde jurnalist ölüb
19 Fevral 2014 Çərşənbə 11:00
“Vesti” qəzetinin əməkdaşı olan taksiyə molotof kokteyli atılandan sonra, maşındakılar döyülüblər.
Ukraynanın paytaxtı Kiyevdə baş verən toqquşmalarda jurnalist ölüb. ANS PRESS-in məlumatına görə, bu “Vesti” qəzetinin əməkdaşıdır. Vyaçeslav Veremiy və Aleksey Lımarenkonun mindiyi taksiyə hücum edilib. Bir qrup maskalı şəxs taksiyə molotov kokteyli atıb və maşına girərək jurnalistləri döyüb.
Hadisə zamanı Vyaçeslav Veremiy odlu silahdan açılan atəş nəticəsində yaralanıb və xəstəxanaya aparılıb. Vəziyyəti ağır olan jurnalist reanimasiyaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, son bir gün ərzində Kiyevdə ixtişaşlar zamanı 30-a yaxın jurnalist xəsarət alıb. Ümumilikdə isə toqquşmalarda 27 nəfərin öldüyü bildirilir.
DOSTLARINLA PAYLAŞ: