Kiyevdə ilk məscid açılıb
02 Dekabr 2011 Cümə 20:02
Bu gün Kiyevdə şəhərin ilk məscidinin təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasiminə 40-dan çox ölkədən qonaqlar qatılıblar.
İndiyədək Kiyev müsəlmanları İslam Mərkəzində ibadət edirdilər. Bundan sonra isə onlar “Ər-Rəhma” adlanan məsciddə ibadətə edəcəklər. Sahəsi 3200 kv/m olan məsciddə eyni vaxtda 3000 nəfərin namaz qılması mümkündür. Minarəsinin hündürlüyü 27 m-dir.
Məscid şəhərin mərkəzindəki Şekavitsa dağında yerləşir, tikintisinə 1994-cü ildən başlanıb. Allah evi xeyriyyəçilərin və Kiyev müsəlmanlarının köməyi ilə inşa olunub. Tikinti işlərinə Şeyx Əhməd Tahimin başçılığı ilə Ukrayna Müsəlmanları Ruhani İdarəsi rəhbərlik edib.
Qeyd edək ki, Ukraynada 1 milyona yaxın müsəlman var. Onlardan 60 min nəfəri Kiyevdə yaşayır.
DOSTLARINLA PAYLAŞ: