Kiyevdə GUAM-ın 15 illik yubileyi keçirilir
10 Oktyabr 2012 Çərşənbə 11:42
Yubiley iclasında Azərbaycanın xarici işlər naziri də iştirak edir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın 15 illik yubileyinə həsr olunmuş iclasda iştirak etmək üçün Ukraynaya gedib. APA-nın məlumatına görə, XİN başçısı bu gün Kiyevdə GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. İclasda GUAM-ın tərəfdaşları ABŞ və Yaponiyanın, həmçinin Avropa Komissiyasının nümayəndələri də iştirak edəcəklər. Tədbirdə GUAM qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məsələləri müzakirə olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar