Kiyevdə erməni nazirin istefası tələb olundu
28 Mart 2014 Cümə 00:24
Ukrayna millətçilərinin lideri "Saşko Bilıy" ləqəbli Aleksandr Muzıçkonun öldürülməsi millətçi kəsimi ayağa qaldırıb.
Kiyevdə yenidən ixtişaşlar başlayıb. ANS PRESS-in məlumatına görə, Ukrayna millətçilərinin lideri "Saşko Bilıy" ləqəbli Aleksandr Muzıçkonun öldürülməsi millətçi kəsimi ayağa qaldırıb.

Ukrayna mediasının verdiyi məlumata görə, “Sağ sektor” hərəkatının minlərlə üzvü Ali Radanın binasının qarşısına toplaşaraq, daxili işlər nazirinin istefasını tələb edir. Millətçilərin dəyənəklərlə və Molotov kokteyli ilə silahlandığı bildirilir.

Deputatlar Ali Radanın binasını artıq tərk edib. Mühafizəçilər hələ ki, binanı mühafizə edə bilir.

Millətçilər "Saşko Bilıy"ın ölümündə daxili işlər naziri Arsen Avakovu ittiham edirlər. Onların fikrincə erməni əsilli nazir "Saşko Bilıy"ın öldürülməsini sifariş edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar