Kiyevdə 2 yol polisi öldürüldü
19 Fevral 2014 Çərşənbə 05:25
Xəsarət alan 3-cü polis isə təcili yardımla xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır.
Ukraynanın paytaxtı Kiyevdə davam edən etirtaz aksiyalarında 2 yol polisi öldürülüb. AN PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, daha bir dövlət müfəttişi də silhalı hücum nəticəsində yaralanıb.

“Hücum paytaxtın Svyatoşinskiy rayonunda baş verib. İlkin məlumatlara görə, yol polisi xidməti maşınla qaydaları pozanları təqib edib. İrəlidə silah səsi eşidildi”,-deyə bildirilib.

İki nəfər yol polisi yerindəcə ölüdürüldü, 3-cünü isə “təcili yardım” maşını ilə xəstəxanaya apardılar. Vəziyyəti ağırdır.

Xatrıladaq ki, Kiyevdə vəziyyət dünəndən, Ali Radanın iclası günü yenidən gərginləşib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar