Ukraynada 16 yaşlı Kiyev sakini 10 il əvvəl Rusiya prezidenti Vladimir Putinin ona etdiyi hədiyyəni özünə qaytarmağa qərar verib.
Rusiya lideri bu qol saatını Andrey Senkoya 2004-cü ildə Kiyev səfəri zamanı hədiyyə edib. Həmin vaxt Ukrayna vətəndaşları Putinə internetdən müxtəlif suallar yollayırdı və Rusiyalı lideri suala tutanlardan biri də altı yaşlı Andrey idi. Andreyin sualı isə belə idi: “Rusiya prezidentinin arzusu nədir?” Rusiya prezidenti o vaxt, bütün dünya uşaqları və onların valideynlərinin xoşbəxt olmasını istədiyini demişdi.
“Vladimir Vladimiroviç, şəxsən Sizə müraciət edirəm. Mən uşaqlıqdan vətənə və ukrayna xalqına sevgi ilə böyümüşəm. Mən sülhsevər bir insanam. Ancaq lazım gəlsə öz torpağımda sülhü qorumağa hazıram. Nəyi arzuladığınız haqqında dedikləriniz yadımdadır. Siz hər kəsin xoşbəxt olmasını, sülh şəraitində yaşamasını istədiyiniz demişdiz. Ancaq siz məni aldatmısız. Ona görə də, mənə verdiyiniz hədiyyəni özünüzə qaytarıram” – deyə Andrey Senko bildirib.
Valideynlərinin dediyinə görə 10 il ərzində Andrey bir dəfə olsun belə saatı əlinə keçirməyib. İlk əvvvəl saat ona böyük olub. Sonra isə ailəsi qərar alıb ki, Putinin hədiyyəsini ona həddi-buluğa çatdıqdan sonra versinlər. Bir neçə gün əvvəl yeniyetmə pasport əldə etsə də, Ukraynada baş verənlərlə əlaqədar, saatı geymək istəməyib və onu poçtla Kremlə, Vladimir Putinin ünvanına yollayıb.