Kiyev əsir düşmüş hərbiçilərini geri alır
07 Sentyabr 2014 Bazar 08:05
Kiyev Ukrayna hərbiçilərinin ilkin azad olunanları barədə xəbər yayıb.
Kiyev Ukrayna hərbiçilərinin ilkin azad olunanları barədə xəbər yayıb.
ANS PRESS-in məlumatına görə, prezidentin mətbuat katibi Svyatoslav Sikolko xəbər verib.
“Ukrayna Baş qərargahının məlumatına görə, “Melovoe” keçid məntəqəsindən (Luqansk r.) ərazi müdafiəsi üzrə 9-cu bölmənin 2 sıravisi geri qaytarılıb”- deyə Sekolko qeyd edib.
Qeyd edək ki, ötən gün Minskdə Ukrayna, “DXR”, “LXR”, ATƏT və Rusiya 5 sentyabr saat 19:00-dan etibarən Ukraynada atəşin dayandırılmasını elan edən bəyanat imzalayıblar. Həmin gündən atəş səsləri tam dayanmasa da hər iki tərəfdə razılaşmanın bəndlərinin sıra ilə icrası sezilir.
DOSTLARINLA PAYLAŞ: