Kıvanc Tatlıtuğ atanın 16 yaşlı qızının başını kəsməsinə səbəb oldu
27 Mart 2012 Çərşənbə Axşamı 13:42
Ata qızının telefonunda aktyorun şəkillərini görüb
Əl-Cəzairdə ata 16 yaşlı qızını məşhur türk aktyoru Kıvanc Tatlıtuğa görə qətlə yetirib. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, Məcid adlı kişi qızı Lidyanın mobil telefonuna baxarkən aktyorun şəkillərini görüb. O, qızının "əxlaqsız" olduğunu düşünərək, həyat yoldaşı və digər uşaqlarını çölə göndərib. Evdə Lidya ilə tək qalan ata qızının boğazını kəsib. Daha sonra həyat yoldaşına zəng edərək cinayəti etiraf edib.

Qeyd edək ki, aktyor "Gümüş" və "Aşkı Memnu" seriallarından sonra ərəb qadınlarının sevimlisinə çevrilib.

Bundan əvvəl, Əl Cəziardə başqa biri kişi aktyora vurulduğunu deyən həyat yoldaşını boşamışdı.



DOSTLARINLA PAYLAŞ:

oyunlar