KİV: Yəmən prezidenti Əli Abbas Saleh ölüb
18 İyun 2011 Şənbə 13:21
Əli Abbas Salehinin ölümü haqda rəsmi məlumat verilmir
Yəmən prezidenti Əli Abbas Salehi ölüb. Bu barədə Yəmənin “İslam news” saytı yazıb. Xəbər saytında yazılan məlumatda prezidentin meytinin şəkili də yerləşdirilib, lakin həmin şəxsin həqiqətən Əli Abbas Salehi olub-olmaması haqda rəsmi məlumat verilmir.

Yəmən kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, şəkildə aydın şəkildə həmin şəxsin döş qəfəsinin sol tərəfindən yaralandığı görünür. Məlumata görə, bu şəkil tibbi idarələrin birindən əldə edilib.

Xatırladaq ki, iyunun 3-də paytaxt Sənada prezident sarayına yaxın ərazidəki məscidlərindən birində olan Əli Abbas Salehi atəşə məruz qaldığı və öldüyü bildirilirdi. Ə. A. Salehinin ölüm xəbəri yalan çıxsa, da onun yaralandığı təsdiqlənmişdi. O, müalicə almaq üçün Ər-Riyada getməli olmuşdu. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar