Kişini bağışlamaq olarmı?
17 Dekabr 2010 Cümə 10:30
Özünüzə hörməti itirməmək üçün bəzi hallarda onları bağışlamaq lazım deyil
İdeal insan əlbəttə ki, yoxdur, amma ideal münasibətlər var. Və belə münasibətlər - təkcə Afrika ehtirası yox, ilk növbədə, hörmət və etibardır. Özünüzə hörməti itirməmək üçün kişiləri bəzi hallarda bağışlamaq lazım deyil.

1 Görüşə üzrsüz səbəbdən gecikir və ya gəlmirsə
Əgər kişi görüşə gecikir və səbəbi açıqlamırsa, ya ümumiyyətlə gəlmirsə - bu sizə qarşı hörmətsizlikdir. Bəlkə, sizə ciddi yanaşmır, başqa işləri onun üçün daha önəmlidir və ya yelbeyin adamdır. Bu zaman susmayın, deyin ki, bu addımı heç xoşunuza gəlmədi. Ola bilsin o, bir nəticə çıxarsın və bir də belə etməsin.

2 Maddi məsələlərdə nakişi hərəkət edirsə
Məsələn, kafedə sevdiyiniz oğlan sizin yerinizə hesabı ödəmək istəmir. Burada situasiyaya görə təhlil etmək lazımdır. Əgər alfonslar sizi maraqlandırmırsa, onda hesabı ödədiyiniz görüş birinci və sonuncu olmalıdır. Yox, əgər o, əvvəlcədən xəbərdarlıq etsə ki, cibində pulu yoxdur, onda sizin hesabı ödəməyiniz normaldır.

3 Kobudluq, ədəbsizlik edirsə və söyüş söyürsə
Əgər kişinin özünü ədəbsiz aparması və söyüş söyməsi xoşunuza gəlmirsə, beləsinə dözmək lazım deyil, hətta başqa xüsusiyyətlərini bəyənsəniz belə. Ola bilsin o, söyüşün sizə pis təsir etməsi barədə heç düşünmür. Ona bunu heç bəyənmədiyinizi söyləyin. Əgər onun üçün dəyərlisinizsə, danışığına fikir verəcək.

4 Eqoistdirsə
Kişi ilk növbədə özü haqqında düşünür? Bu müxtəlif situasiyalarda özünü göstərəcək. Əgər buna səbr göstərsəniz, kişi eqoist olaraq qalacaq. Ola bilsin onu uşaqlıqda çox ərköyün böyüdüblər, ona görə də birinci yerdə öz maraqlarının olduğuna vərdiş edib. Əgər ərköyün uşağın "anası" olmaq istəmirsinizsə, ona situasiyanı başa salın. Açıq-aydın nə istədiyinizi bildirin. Kompromisə getməsini təklif edin. Zamanla onun dəyişəcəyi istisna deyil.

5. Xəyanət və ya başqa qadınlarla flirt edirsə
Onunla xəyanət və sədaqət barədə nə düşündüyü haqda danışın, ona öz fikrinizi çatdırın. Fikirləriniz üst-üstə düşmədi? Düşünün, sizə yanında olarkən başqa qadınlara baxan arvadbaz lazımdırmı? Belə bir qayda var ki, bir dəfə xəyanət etdisə, mütləq yenə edəcək. Əgər arvadbaz kişi xoşunuza gəlirsə, daim özünüzü formada saxlamağa çalışın.

KİŞİNİ 10 HALDA BAĞIŞLAMAQ OLAR

1. Səliqəsizdirsə
Onun gigiyena və səliqə-sahman barədə düşündüyü sənin fikirlərinlə üst-üstə düşmür? Düzdür, kişilər manikür etdirmir, eyni köynəyi 3-4- gün geyinir, çirkli corablarını hara gəldi atırlar. Belə vəziyyəti görəndə düşünürsən ki, o, səliqə-sahmana riayət etmirsə, deməli səni sevmir. Bu yanlış fikirdir! Bir anlığa düşünün ki, sevdiyiniz adam təmizkardır, sizin isə yır-yığışla elə də aranız yoxdur. Hansı asandır - pinti, ya vasvası kişi ilə yaşamaq? Hər ikisiylə də asan deyil, amma razılığa gəlmək olar.

2. İnfantildirsə
Sevgiliniz saatlarla kompüterdə oyunlar oynayır? Sən uşaq və ipoteka barədə düşünəndə onun ağlında yadplanetlilər var. Əvvəlcə bir şeylə barışmalısınız ki, hər bir kişinin daxilində qocalanadək balaca oğlan yaşayır - məhz buna görə o, oyuncaq, silah və maşınları xoşlayır. Belə olan halda onunla münasibətdə tənbeh və göstərişlərə yol verməyin. Bir-birinizi tamamlamağa çalışın.

3. Daim məşğuldursa
Sən ona zəng edirsən, o isə çox məşğul olduğunu və sənə sonra zəng edəcəyini söyləsə də, zəngini saatlarla gözləməli olursan. Evə gec gələndə onun heç də iclasda yox, sarışın gözəlçənin ağuşunda olduğunu düşünürsən. İşdə olduğuna əmin olanda belə qısqanclığın keçmir. Həm də onun işinə belə bağlı olduğuna görə paxıllıq edirsən. Kişilərin işlərinə ciddi yanaşdıqları faktını qəbul etmək lazımdır. Bu onların özlərini ifadə vasitəsidir. Odur ki, ona güvənin və vaxtını boş şeylərə sərf etməsinə məcbur etməyin. Yaxşısı budur, öz karyeran, hobbin və dostlarınla maraqlan.

4. Qısqanırsa
Niyə sənə işdən sonra zənglər gəlir? Niyə bu gün yubkan qısadır? Nahar vaxtı harada idin? Bu suallar əvvəl-əvvəl xoşuna gəlsə də, sonradan əsəbləşdirməyə başlayır. Güclü qısqanclıq və etibar - bir-birilə uzlaşmayan şeylərdir. Düşün ki, o, ümumiyyətlə qısqanc deyil və gecəyarı kimə sms yazmağın onu heç narahat etmir. Bu halda özünü sevilən hiss edəcəksən? Onu başa düşməyə və qısqanc suallarına aqressiv yox, sakitcə cavab verməyə çalış.

5. Zarafatcıldırsa
Əgər o, zövq, çatışmayan cəhətinlə bağlı zarafatlar edirsə, bu səni sevmədiyi anlamına gəlməməlidir. Əgər zarafatlar təhqiredici deyilsə, onunla bərabər gül. Əvvəlcədən bir neçə cavab atəşi hazırla. Razılaş, qadınlar improvizasiyanı zəif bacarırlar. Psixoloqlara görə, gözəl yumor hissinə sahib olan kişi hər bir xanımın arzusudur.

6. Romantik deyilsə
Milyonlarla kişi evlilik dönəmində də qadınlara qulluq etmələri barədə unudur. 14 fevral və 8 Mart onlar üçün bayram deyil və bayramsız hədiyyə verməyi bədxərclik hesab edirlər. Sən də düşünürsən ki, artıq sevilmirsən - çünki əvvəllər çiçək hədiyyə edir, işə gedəndə mütləq öpürdü. Əlbəttə ki, o səni unutmayıb. Odur ki, romantikanın qorunması üzərində işləmək lazımdır. Evə əlində gül dəstəsi ilə gəl, qoy nə istəyir fikirləşsin. Bundan sonra səni hədiyyələrə qərq edəcəyini düşünmək sadəlövhlük olsa da, romantikanın çatışmazlığından şikayət etmək üçün yaxşı zamandır. Stabil münasibətlərdə olan kişi hisslərini nümayiş etdirməyə ehtiyac duymur. Sən onsuz da sevildiyini bilirsən. Sakitcə əsəbləşməkdənsə, ona yaxınlaşıb de: "Mən romantika istəyirəm, get gül al!".



DOSTLARINLA PAYLAŞ:

oyunlar