Kişilər və qadınlar üçün “ilk baxışdan məhəbbət”…
18 Avqust 2011 Cümə Axşamı 01:12
Kişilər qadınlarla müqayisədə altı dəfə tez aşiq olurlar
İlk baxışdan vurulmağı bacaran kişilərdən fərqli olaraq, qadınlar üçün ona lazım olan kişini seçmək üçün vaxt lazımdır. “The Daily Mail” qəzetinin məlumatına görə, bunu keçirilən sorğu göstərir.
Sorğuda iştirak edən hər beşinci kişi bildirib ki, ilk baxışdan vurulub. Onların təxminən yarısı ilk görüşdən, təxminən dörddən üçün isə üç görüşdən sonra sonra sevib. Bunun əksinə olaraq, yalnız on qadından biri etiraf edib ki, ilk baxışdan vurulub. Qadınların əksəriyyəti ilə bunun üçün azı altı dəfə görüşə çıxmaq lazım gəlib.
Britaniya Psixologiya Cəmiyyətinin üzvü, professor Aleksandr Qordona nəticələr maraqlı gəlib. O, razılaşıb ki, cinslər arasındakı fərq çox böyükdür. Professor qeyd edib ki, kişilər sevgi obyektini seçmək üçün daha çox zahiri meyarlara üstünlük verir. Qadınlar isə seçim etməzdən əvvəl “hə” və “yox” arasında tərəddüd etməli olurlar.
Araşdırmada 16-86 yaşlı 1500 qadın və eyni sayda kişi iştirak edib. Sorğu Elizabet Noblın “Biz necə olmuşuq” (“The Way We Were”) romanı üçün keçirilib.
DOSTLARINLA PAYLAŞ: