Kirovda baş redaktor qətlə yetirilib
15 İyun 2014 Bazar 13:58
Rusiyanın Kirov vilayətində beş gün əvvəl itkin düşmüş baş redaktorun cansız cəsədi tapılıb.
ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin regional idarəsindən bildirilib ki, rayonun “Rodnoy kray” qəzetinin baş redaktoru, 48 yaşlı Qalina Koşşeyavanın meyitini bu gün - 14 iyunda Kilmez rayonunun Suna qəsəbəsi yaxınlığındakı meşə massivində polis tərəfindən tapılıb.

Baş redaktorun meyitinə baxış keçirilərkən üzərində zorakılıq əlamətləri aşkarlanıb. Onun peşə fəaliyyətinə görə qətlə yetirildiyi ehtimal edilir.

Baş redaktor iyunun 10-da qəzetin redaksiyasına işə gedərkən yoxa çıxıb.

Hadisənin motivi və kimlər tərəfindən törədildiyi barədə hələlik heç bir versiya irəli sürülməyib.

Faktla bağlı cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar