Kirayə sahil
21 Oktyabr 2010 Cümə Axşamı 14:25
Peru Boliviyaya 99 illik sahil icarə verib.
Nə okean, nə də hər hansı bir dənizə çıxışı olmayan Boliviya artıq sahil zolağına malikdir. "Guardian" qəzetinin məlumatına görə, Peru özünə məxsus sahil zolağını Boliviyaya icarəyə verib. Sakit okeana çıxışın kirayə müddəti 99 ildir. Boliviya rəhbərliyi bu zolaqda liman, otel inşa etdirmək və dəniz ticarəti qurmağı planlaşdırır.
Okeana çıxış barədə sənədin imzalanması mərasimində çıxış edən Boliviya prezidenti Evo Morales bir gün evlənsə, bal ayını bu sahildə inşa ediləcək oteldə keçirəcəyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: