Kiprin yeni prezidenti Dərviş Əroğlu
19 Aprel 2010 Bazar Ertəsi 00:05
Dərviş Əroğlunun topladığı səs 50 faizi keçdiyi üçün o öz qələbəsini elan edib.
Şimali Kipr Türkiyə Respublikasında keçirilən prezident seçkisi başa çatıb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, seçkinin qalibi topladığı 50.37 faiz səslə Türkiyə Kiprinin baş naziri və Milli Birlik partiyasının namizədi Dərviş Əroğlu oldu. Məlumata görə, hələlik ümumi səslərin sadəcə 83.78 faizi sayılsa da Dərviş Əroğlunun topladığı səs 50 faizi keçdiyi üçün o öz qələbəsini elan edib.

D. Əroğlu seçicilərin həqiqi iradəsi qutularda əks olunduğu üçün bu seçkilərdən razı qaldığını bildirib. Kiprlə bağlı müzakirələrin də davam edəcəyini deyən yeni prezident Türkiyə ilə həmişə olduğu kimi yaxın münasibtdə olacaqlarını vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar