Kiprin prezidenti Dərviş Əroğlu by-pass əməliyyatı oldu
20 Dekabr 2010 Bazar Ertəsi 06:25
Əroğlu hal-hazırda xəstəxananın reanimasiya şöbəsindədir
Şimali Kipr Türk respublikasının (KKTC) prezidenti Dərviş Əroğlu Türkiyənin paytaxtı Ankarada by-pass əməliyyatı oldu. Qeyd edək ki, Əroğlu xəstəxanaya ürək damarlarında olan narahatlığı səbəbilə gəlibmiş. Ankara “Güvən” xəstəxanasının baş həkimi Tevfiq Əli Kiçikbaş yazılı açıqlama ilə KKTC prezidenti Dərviş Əroğlunun ötən gün koroner arter narahatlığı səbəbilə xəstəxanaya müraciət etdiyini, yerli vaxtla 18.30-da (Bakı vaxtıyla 20.30) əməliyyat olunduğunu bildirib. Baş həkim Kiçikbaş hal-hazırda Əroğlunun reanimasiya şöbəsində olduğunu, müalicəsinin davam etdiyini deyib.
DOSTLARINLA PAYLAŞ: