Kiprin keçmiş prezidentinin meyidi oğurlanıb
11 Dekabr 2009 Cümə 17:00
Tasos Papadopulosun cəsədini kimin nə üçün oğurladığı bəlli deyil
Yunan Kiprinin keçmiş prezidenti Tasos Papadopulosun cəsədi məzarından oğurlanıb. Polis cənubi Lekfoşadakı “Deftera” məzarlığından meyitin oğurlanması ilə bağlı araşdırmaya başlayıb. "Reuters"in hadisə şahidlərinə istinadən yaydığı məlumata görə, məzar səhər saatlarında açıq və boş olub.

Cəsədin dünən gecə və ya bu gün səhər saatlarında oğurlandığı ehtimal edilir. Meyidin kim tərəfindən və ya nə məqsədlə oğurlandığı hələlik bilinmir. Papadopulosun ailə üzvləri və polis hazırda məzarlıqdadırlar.

Qeyd edək ki, Tasos Papadopulos 2003-2008-ci illərdə Yunan Kiprinə rəhbərlik edib. O, ötən il dekabrın 12-də 74 yaşında ikən ağciyər xərçəngindən dünyasını dəyişib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar