Kiprin ay-ulduzlu bayrağı təhqir olunub
24 Dekabr 2009 Cümə Axşamı 06:55
“Mümkün olan bütün addımları ataraq Beşbarmaq dağlarındakı yad cisimlərin varlığına son verməliyik”
Kipr yunan idarəsinin lideri Dmitri Xristofyas Şimali Kipr Türk Cumhuriyyətindəki (KKTC) Beşbarmaq dağlarının yamacında hazırlanan ay-ulduzlu bayraq və Atatürkə aid “Nə mutlu Türküm diyənə” sözləri barədə xoşagəlməz sözlər deyib. Yunan lider bildirib ki, bu bayraq və şüar işğalın davam etdiyini göstərir. “Mümkün olan bütün addımları ataraq Beşbarmaq dağlarındakı yad cisimlərin varlığına son verməliyik. Bütün amalımız budur. Bu, siyasi liderliyimizin üzərinə düşən vəzifədir”.

Hərbçilərə respublikanı qorumaq üçün səslənən yunan lider xarici müdaxilə nəticəsində bölünən ölkənin izdırab çəkdiyi üçün hələ də əsgərlik etdiyini bildirib. “Hədəfimiz əsgərsiz Kipr, adaya sülhün gəlməsi və adanın yenidən birləşməsi, xarici təzyiqlər olmadan kiprli türklərlə sülh və əminamanlıq içində yaşamaqdır”.

Qeyd edək ki, 216 kvadratmetr sahədə çəkilmiş bayraq Beşbarmaq dağlarının Lefkoşa şəhərinə baxan yamacındadır və şəhərin bir çox yerindən, həmçinin yunan Kiprindən aydın görünür. Bayraq 1974-cü il Kipr sülh hərəkatının rəmzidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar