Kiprdə əmanət şoku
18 Mart 2013 Bazar Ertəsi 08:29
Əhali gecə saalarında küçələrə axışaraq pullarını bankomatlardan çıxarır.
Avroqrupun Kiprdəki bank depozitlərinə bir dəfəlik vergi tətbiq etmək istəyi əhalidə şok yaradıb.

ANS PRESS qərb mətbuatına istinadən bildirir ki, bu qərarla 100 min avroya qədər olan depozitlərdən 6,75%, daha yüksək məbləğlərdən isə 9,9% vergi tutulması düşünülür. Bu, Avropa Birliyinin və Beynəlxalq Valyuta Fondunun Kiprə 10 milyard avro məbləğində təcili yardımının verilməsi üçün əsas şərtdir. Qərar iki gün sonra, yəni çərşənbə axşamından qüvvəyə minəcək. Buna görə də əhali küçələrə axışaraq öz pulların çıxarmağa çalışır ki, çərşənbə axşamına qədər depozitdə pulu qalmasın. Məlumat verilir ki, bankomatların çoxunda nağd pul tezliklə bitib. Başqa banklar isə nağd pul çıxarılmasına maneə yaradıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar