Kipr paytaxtı Lefkoşada dəhşət
08 Mart 2014 Şənbə 08:11
Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada yayılan bir xəbər yerli sakinləri dəhşətə gətirib.
ANS PRESS-in xəbərinə görə, paytaxtın Dəyirmanlıq Qovşağı adlanan ərazidə yaşayan vyetnamlı miqrantlar ələ keçirdikləri itləri yeyirmişlər.

Məlumata görə, dəhşətli hadisə vyetnamlı miqrantlarla eyni yerdə işləmiş şəxsin “Heyvan Hüquqlarının Mühafizəsi” dərnəyinə xəbər verməsindən sonra meydana çıxıb.

Hadisə barədə məlumat verən dərnəyin rəhbəri Tomris Güven faktla əlaqədar əllərində olan foto şəkilləri polisə verdiklərini deyib. Vyetnamlı miqrantların itləri bişirərək yediyini deyən Güven vurğulayıb ki, bu hadisə Kiprdə hesab ediləndən daha çox yayılıb.

Faktla bağlı polis istintaqa başlayıb, araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar