Kipr kökuməti: "Biz bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik"
22 Yanvar 2011 Şənbə 11:50
Kiprin yunan tərəfi ölkənin prezidentinin Qarabağ məsələsində işğalçı Ermənistanı dəstəkləməsi ilə bağlı bəyanatına aydınlıq gətirib
Kiprin yunan tərəfi bu həftə Ermənistan prezidenti Serj Sarkisyanın yunan Kiprinə səfəri zamanı bu ölkənin prezidenti Dmitris Xristofyasın Qarabağ məsələsində işğalçı Ermənistanı dəstəkləməsi ilə bağlı bəyanatına aydınlıq gətirməyə çalışıb. Kiprin hökumət sözçüsü Stefanos Stefanunun məsələyə münasibəti konkret olmayıb. O, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini dəstəklədiklərini bildirib.

“Həmçinin biz münaqişənin beynəlxalq hüquq normaları və BMT qətnamələri çərçivəsində sülh yolu ilə həllinə tərəfdarıq. Biz bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, detallara varmaq istəmirik və münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq”. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar