Kipr – İstanbul təyyarəsində bomba həyəcanı
08 Noyabr 2010 Bazar Ertəsi 04:45
Kipr – İstanbul təyyarəsinə xəbərdarlıq səbəbilə təyyarənin uçuşu təxirə salınıb.
Kipr Ərcandan Türkiyənin İstanbul şəhərinə uçmağa hazırlaşan TK 963 səfər saylı təyyarədə bomba olduğuna dair xəbərdarlıq reysi təxirə salıb. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, “Türk Hava Yolları”na (THY) aid təyyarə hava limanının təhlükəsiz yerinə aparılaraq 150 sərnişin hava nəqliyyatından evakuasiya edilib. Hal-hazırda təyyarədə və təyyarədən düşürülən sərnişinlərin baqajlarında partlatyıcı qurğunun axtarışı davam edir. Qeyd edək ki, təyyarədə bomba olduğuna dair xəbərdarlıq zəngi Türkiyədən vurulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: