Kipr danışıqları yenidən birləşmə üçün son şansdır
20 İyul 2009 Bazar Ertəsi 17:50
Nazir hesab edir ki, Türkiyə daha Şimali Kipr Türk Cümhuriyyətinə qarşı tətbiq edilən ədalətsiz embarqo ilə barışa bilməz

“Ya bütün danışıqlar tərəflərinin istədikləri kimi status-kvo mexanizmi dəyişdiriləcək, ya da hamımız yeni alternativ variantlar axtarmalı olacağıq”. ANS PRESS-in “Panarmenian”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Bununla yanaşı Davudoğlu qeyd edib ki, bu yeni yanaşmalar problemi bütövlükdə həll edə bilməz.

“Türkiyə daha Şimali Kipr Türk Cümhuriyyətinə qarşı tətbiq edilən ədalətsiz embarqo ilə barışa bilməz. Türkiyə həmişə məsələyə konstruktiv yanaşıb, lakin bizim üçün adətən yunanların həqiqətən sülh istədiklərini anlamaq çətin olur, ya da onlar məsələnin yalnız özlərinin maraqları çərçivəsində həll olunmasını istəyirlər” - deyə Türkiyənin xarici işlər naziri bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar