Kim Yeni ili necə qarşılayır?
31 Dekabr 2009 Cümə Axşamı 10:25
Almaniyada müxtəlif yaşlı insanlar saatlar gecəyarını göstərməyə başlayan kimi stul, stol və kreslolara çıxaraq tullanmağa başlayırlar.
Yeni ilin qarşılanması müxtəlif ölkələrdə qədimdən qorunub saxlanan ənənələrlə bağlıdır. Hələ qədim xalqlarda inanc var idi ki, yeni ili necə qarşılasan, onu o cür də keçirərsən. Bu gün müxtəlif ölkələrdə Yeni il müxtəlif adətlərlə qarşılanır.
İngiltərədə qədim adətə görə saatlar gecə saat 12-ni göstərməyə başlayanda evlərin arxa qapısını açırlar ki, köhnə il getsin. Bundan dərhal sonra isə evin giriş qapısı açılır və yeni il qarşılanır.

Avstriyada hesab edirlər ki, xoşbəxt olmaq üçün Yeni il gecəsi donuzun başının bir hissəsini və ya donuz burnunu yemək lazımdır.

Almaniyada müxtəlif yaşlı insanlar saatlar gecəyarını göstərməyə başlayan kimi stul, stol və kreslolara çıxaraq tullanmağa başlayırlar.

Rumıniyada subay qadınlar su quyusunun başında dayanaraq şam yandırır və quyuya baxırlar. Alovun əksi suyun qaranlıq dərinliyində onun gələcək həyat yoldaşının sifətini göstərir.

İtaliyada isə ilin ən son dəqiqələrində köhnə mebel,geyim və digər ev əşayları yandırılır ya da zibilliyə atılır. Roma ənənəsinə görə bunu etməsən yeni ildə yeni avadanlıqlar ala bilməzsən.

Müsəlman ölkələrinin əksəriyyətində -Əlcəzair, Bəhreyn, İordaniya, Livan, Mərakeş, Oman, Sudan, Suriya və Tanzaniyada Məhərrəm ayının birinci gününü yeni ilin başlanğıcı kimi qeyd edirlər. Əfqanıstan, Tacikistan, İran, Pakistan və Hindistanda yeni ili mart ayında qeyd etdikləri halda, Şri-lanka və Nepalda bu əlamətdar gün 13- 14 aprelə təsadüf edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar